3D interaktiv kitabların istehsalı və satışı

Haqqımızda

"Media Market" MMC bir neçə ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətlərimiz Multimedia məhsulların istehsalı və satışıdır. 3D canlı kitablar - bu sahədə ilk işimizdir. Azərbaycanda ilk dəfə olaraq bu tip məhsulların istehsalını biz həyata keçiririk.

3D canlı kitabların istehsalı sahəsində ixtisaslaşmış BluEggVision şirkətinin Azərbaycanda rəsmi və tək tərəfdaşı olaraq bu məhsulların istehsalı və satışını həyata keçiririk. Biz dilerlərimizin təliminə və onlara texniki dəstək göstərilməsinə daim diqqət ayırırıq. Biz Azərbaycanın bütün bölgələri ilə əməkdaşlıq qurmağa və diler şəbəkəmizi genişləndirməyə hər zaman maraqlıyıq və hazırıq!

Dünyanın 20-dən artıq ölkəsində geniş yayılmış BluEggVision məhsullarını Azərbaycan üzrə hal-hazırda Bakı şəhərində və Naxçıvan MR-də rəsmi tərəfdaşlarımız vasitəsilə, 3dkitab.az saytından isə online sifarişlə əldə etmək mümkündür. Lakin bu sadəcə başlanğıcdır.

BİZİM KOMANDAMIZ 

  • Anar Rəsulov - Layihənin rəhbəri
  • Murad Bayramov - Veb proqramlaşdırma üzrə mütəxəssis
  • Polad Sadiqov - Marketinq üzrə mütəxəssis
  • Məhəmməd Rəsulzadə - Məhsul yoxlayıcısı
  • Fəxrim Fətəliyev - Müştəri xidmətləri üzrə mütəxəssis
  • Bundan əlavə proqramların Azərbaycan dilinə uyğunlaşdırılması, dizayn, dublyaj, tərcümə və digər sahələrdə onlarla insan da bizimlə əməkdaşlıq edir.

BİZİMLƏ ƏMƏKDAŞLIQ EDİN!

Biz Azərbaycanın bütün bölgələrində "Bir diler - Bir bölgə" devizi altında diler şəbəkəmizi genişləndirmə aksiyası çərçivəsində maraqlı olan bütün şəxsləri əməkdaşlığa dəvət edirik. Biz dilerlərə sertifikatlaşdırılmış məhsul təqdim edərək, onlara daim texniki dəstək vəd edirik. Əməkdaşlıq şərtlərinə dair ətraflı məlumat üçün elə indicə bizimlə əlaqə yaradın.