3D interaktiv kitabların istehsalı və satışı

3D canlı boyama kİtabları

Bu kitablar nə ilə fərqlənir? 
Bir neçə dildə olması, interaktivliyi, 3D personajları ilə

Azərbaycan, rus, ingilis, ərəb, çex, polyak, serb, türk bir sıra başqa dillərdə "Danışan" bu kitablar ölkəmizdə Azərbaycan, Rus və İngilis dillərində çap olunur. Proqramı yükləyirsiniz, mobil qurğunu kitabın səhifələrinə tuşlayırsınız və qəhrəmanlar canlanır! Onlar sizin toxunuşlarınıza reaksiya verir, oxuyur, rəqs edir, hətta kitabın səhifələrinə toxunuşunuzu belə anlayırlar.

Bir çox valideynlər övladlarının kitaba olan maraqlarının azalmasından şikayət edirlər.

Biz özündə adi kitabla virtual reallığı birləşdirən unikal 3D boyama kitabı hazırlamaqla həm valideynləri, həm də uşaqları düşünmüşük.

3D boyama kİtabları İlə oynamaq üçün 4 addım
1

Kitabı almaq

2

Rəsmləri rəngləmək

3

Proqramı yükləmək
və kitabı aktivləşdirmək

4

Mobil qurğunu
kitaba tuşlamaq

Rəsmlərin canlanması üçün onları səliqə ilə rəngləmək lazımdır ki, kənar qara rəngli kontur xətləri rənglənməsin. Rəngləmə üçün yaxşı olar ki, rəngli karandaşlardan istifadə edəsiniz. Karandaş olmadıqda flomastrlardan da istifadə edə bilərsiniz. Proqramın yüklənməsinə dair təlimatı Sual-cavab səhifəsindən tapa bilərsiniz.
Xüsusİ proqramlı 3D boyama kitabları

Bizim məhsullar 5-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq kitablarımız böyüklərin də marağına səbəb olur. 

 

Məhsullarımızın çeşidi durmadan artmaqdadır. Yaxın zamanlarda sırf Azərbaycan istifadəçisi üçün yeni məhsullarımızı sizlərə təqdim edəcəyik. 

 

Bizim kitablar istər qızlar, istərsə də oğlanlar üçün maraqlıdır.

 

Kitablar qalın üzlüklə yüksək keyfiyyətli kağızda çap edilir. Kitabların boyaları ekolji olaraq təhlükəsiz olmaqla övladlarınızın sağlamlığına zərərsizdir. Hər bir kitab xüsusi lisenziyaya məxsusdur. Kitablarımız 12-28 səhifə arasında və A4 ölçüsündədir. Bu ölçü həm boyama həm də oxumaq üçün əlverişli ölçüdür.

Kitablarımız xüsusi ardıcıllıqla çap olunur ki, bu da sizə kolleksiya topamağa imkan verir. Bütün kitablarımızı toplayan istifadəçilər arasında vaxtaşırı hədiyyə kampaniyaları keçiriləcəkdir ki, bu da övladlarınız üçün surprizlərlə dolu maraqlı anlar deməkdir.

Yalnız bİzİm kİtablarla:
Rəsmləri rəngləyib oynayırlar
Personajlarla şəkil çəkdirirlər
İnkişaf edirlər

Əbədİ boyama kİtabı - sİzİn kİtab əsla tükənməyəcək!

Bütün kitablarımız «bitməyən kitab» özəlliyinə sahibdirlər. Bu o deməkdir ki, kitabın səhifələrini həm sizin, həm övladlarınız, onlardan sonra nəvə-nəticələriniz də rəngləyə biləcəklər. Siz istədiyiniz zaman səhifəmizdə qeydiyyatdan keçməklə əlavə səhifələri çap edə bilərsiniz!

Nəzərə almaq lazımdır: Siz yalnız satın aldığınız kitabların təkrar səhifələrini kompyuterinizə yükləyərək çap edə və yenidən boyaya bilərsiniz.

Boyama kİtabının əlavə səhİfələrİnİ təkrarən necə yükləməli?

  • "Bitməyən kitab" səhifəsinə daxil olaraq qeydiyyatdan keçin.
  • Qeydiyyat zamanı göstərdiyiniz e-poçt ünvanına gələn məktubdakı keçiddən istifadə edərək qeydiyyatınızı tamamlayın və sayta daxil olun.
  • Siz şəxsi kabinetinizə daxil olacaqsınız! «Əlavə et» düyməsini sıxmaqla aldığınız kitabın lisenziya kodunu sistemə daxil edin.
  • Kitab sistemə əlavə edildi! Bundan sonra istədiyiniz qədər səhifə yükləyərək çap edə bilərsiniz.
Sİzİ təəccübləndİrməyə davam edəcəyİk!