3D interaktiv kitabların istehsalı və satışı

Sual-cavab

Dəstək bölməsinə sualınızı ünvanlaya bilərsiniz:
Necə sifariş etmək və ödəmək olar?

Çatdırılam və ödəmə səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz. Sifariş etmək üçün isə Əsas səhifədən istifadə edin.

Məhsullara zəmanət verirsinizmi?

3D boyama kitabları xüsusi Lisenziya kodu ilə qorunur. Həmin kitabların arxa tərəfində QR kod formatında yerləşdirilən lisenziya kodlarını proqramınızı ilk dəfə işə saldıqdan sonra qurğunun kamerasını koda yaxınlaşdırmaqla kitabınızı aktivləşdirirsiniz. Həmin kod yalnız sizə məxsusdur və digər şəxslərlə paylaşıla bilməz. Əgər kodu sizdən başqa üçüncü şəxs də öz mobil qurğusuna yüklədiyi proqramda istifadə edərsə, bu halda proqramınızı silib yenidən yüklədiyiniz zaman sizin proqram işləməyə bilər. Buna görə də öz kitabınızın arxasında olan kodu başqa şəxslərə verməyin. Biz kitablarımızın keyfiyyətinə zəmanət veririk! Proqram təminatı bütün smartfon və planşetlərdə düzgün işləməyə bilər. Bu halda baş verən nasazlığa proqram satıcısı cavabdehdir.

Kitabı aldıqdan sonra nə etməli?

Siz proqramı mobil qurğunuza aşağıda göstərilmiş üsullardan biri ilə yükləyə bilərsiniz:

 

1) Öz mobil qurğunuzda Google Play (Android əməliyyat sistemi) və ya App Store (iPhone və iPad üçün), proqramını çalışdırın, axtarış bölməsində ingiliscə BluEgg və ya rusca БлуЭгг yazaraq proqramlarımızı tapın. Öz kitabınıza uyğun proqramı seçərək yükləyin.

2) Yaxud öz saytımızın Əsas səhifəsində öz kitabınızı seçin və kitabın səhifəsinə daxil olaraq orada olan QR kod vasitəsilə proqramı mobil qurğunuza yükləyin

3) Yaxud da kitabınızın arxa səhifəsində sol tərəfdə verilmiş QR kod vasitəsilə birbaşa olaraq proqramı yükləyin. Əgər sizin QR kod skaneriniz yoxdursa pulsuz olaraq http://www.bluegg.mobi/scan səhifəsindən yükləyə bilərsiniz.

4) Proqramı mobil qurğunuza yüklədikdən sonra işə salın. İlk açılışda proqram sizdən Lisenziya kodunu soruşacaq. Həmin kod satın aldığınız kitabın arxa üzündə sağ tərəfdə QR kod şəklində(yaxud rəqəmli kod)verilmişdir.Proqram işə düşərkən avtomatik olaraq kamera açılacaqdır. Bu zaman siz qurğunu QR koda tərəf tuşlamaqla öz kitabınızı aktivləşdirə biləcəksiniz. Bu zaman mobil qurğunuz mütləq internetə bağlı olmalıdır.

5) Proqram aktivləşdikdən sonra qarşınıza çıxacaq ekranda Ayarlar bölməsindən səs paketini seçə bilərsiniz. Burada Rus, İngilis və bir sıra dillərlə yanaşı Azərbaycan dilində də səs paketi vardır. Personajların hansı dildə danışmalarını istəyirsinizsə o dildə olan səs paketini seçin. Daha sonra ekranda istifadə təlimatları ilə tanış olun. 

 

Proqramı yükləyə bilmirsiniz?

Diqqət edilməli vacib məqamlar!

 

a) Mobil qurğunuzun sistem dili hansı dildədirsə proqramınız da o dildə və ya ona uyğun bir dildə çalışacaq. Proqramdan düzgün istifadə üçün telefonunuzun sistem dili rus, ingilis və ya türk dilində olmalıdır. 

b) Proqramı mobil qurğunuza yükləmək istədikdə sistem sizə "Bu proqram sizin ölkəniz üçün aktiv deyil" bildirişi verirsə, deməli mobil qurğunuzu ilk dəfə tənzimləyərkən ölkə olaraq Azərbaycanı seçməmisiniz. Bu halda tənzimləmələr bölməsindən ölkənizi ya Azərbaycan ya da Rusiya olaraq dəyişməlisiniz.